Hadisə
Pleyeri seçin:

Hövsandakı cinayətlə bağlı dəhşətə gətirən detallar | 2 il sonra bilindi ki...

03 iyul 2024

İki ildən sonra ağır cinayətin üstü açılıb. 2020-ci il oktyabrın 11-də Hövsan Yaşayış Kompleksində gözətçi işləyən Rüstəm Bayramovun meyitinin yol kənarında aşkar edilməsi barədə 102 xidmətindən 30-cu polis şöbəsinə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, üzərində zorakılıq əlamətləri olan şəxs – Zığ şosesi - Hava Limanının 12-ci km-də yerləşən Hövsan Yaşayış Kompleksində gözətçi işləyən Rüstəm Bayramovdur.

Hadisədən 2 il sonra, 2022-ci il iyulun 25-də Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ağır cinayətin üstü açılıb. İstintaqla müəyyən edilib ki, 2020-ci il oktyabrın 7-də Rüstəm Bayramov Radiq Feyziyevdən psixotrop maddə alıb və qarşılığında 100 manat pulu növbəti gün verəcəyinə söz verib, ancaq verməyib.

Radiq Feyziyev Rüstəm Bayramovdan pulu almaq, vermədiyi halda isə onu döyüb, cəzalandırmaq qərarına gəlib. O, ayın 10-u saat 22 radələrində kirayə qaldığı evdə Rəşad Kərimov, Tahir Ələkbərov və zərərçəkən Rüstəm Bayramovla görüşərkən sonuncudan pulunu istəyib. Mübahisənin yarandığını, qarşı tərəfin say etibarı ilə daha üstün olduğunu görən Rüstəm Bayramov iş yerindən icazə alıb gəldiyini, təcili geri qayıtmalı olduğunu bəhanə edərək, evdən çıxıb.

Pulu qaytarmaq niyyətində olmadığını görən Radiq Feyziyev tanışları ilə birlikdə arxasınca gedərək, evindən təxminən 450 metr məsafədə, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8 ünvanında Rüstəm Bayramova çatıb, onu saxlayıblar. Əvvəl Radiq Feyziyev, sonra isə Tahir Ələkbərov və Rəşad Kərimov daş parçası ilə Rüstəm Bayramovun baş nahiyəsinə var gücü ilə zərbələr vuraraq, öldürüblər.

İş üzrə dindirilmiş Radiq Feyziyev törətdiyi cinayət əməlini etiraf edib. Deyib ki, tanışları Tahir və Rəşad da onunla birlikdə zərərçəkmişə zərbələr vurublar.

Bundan başqa, istintaqla müəyyən olunub ki, Radiq Feyziyev 2020-ci ilin yay aylarında tanış olub, qeyri-rəsmi yaşadığı Xuraman Abdullayevanı və daun sindromlu autizm xəstəliyindən əzab çəkən 2010-cu il təvəllüdlü oğlu Alişan Abdullayevi Hövsan qəsəbəsinin Məktəbli küçəsində kirayə tutduğu evə gətirib. Birlikdə bir müddət yaşadıqdan sonra ailədaxili narazılıq zəminində həmin ilin oktyabr ayında qadını və azyaşlı oğlunu sərbəst hərəkət etməklə, qanunsuz azadlıqdan məhrum edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Radiq Feyziyev 20 il, Tahir Ələkbərov 19 il və Rəşad Kərimov 1 il 8 ay müddətinə azadlıqdan məhrum olunublar.

Naxçıvanda yağışın fəsadları aradan qaldırılır | FHN iş başında

Naxçıvanda yağışın fəsadları aradan qaldırılır | FHN iş başında

Hadisə
31 avqust 2024
Goranboyda yanğın baş verdi | FHN hadisə yerində

Goranboyda yanğın baş verdi | FHN hadisə yerində

Hadisə
31 avqust 2024
Sumqayıtda dəhşətli hadisə | 18 yaşlı oğlan niyə bıçaqlandı?

Sumqayıtda dəhşətli hadisə | 18 yaşlı oğlan niyə bıçaqlandı?

Hadisə
31 avqust 2024
Göygöldəki kütləvi zəhərlənmənin təfərrüatı məlum oldu

Göygöldəki kütləvi zəhərlənmənin təfərrüatı məlum oldu

Hadisə
31 avqust 2024
Həbs edilən zabit kimdir və nədə ittiham olunur? | Hərbi Prokurorluqdan açıqlama

Həbs edilən zabit kimdir və nədə ittiham olunur? | Hərbi Prokurorluqdan açıqlama

Hadisə
30 avqust 2024
Narkoman kişi əmi dediyi adama görə arvadının qatili oldu - SONUNCU ŞAHİD

Narkoman kişi əmi dediyi adama görə arvadının qatili oldu - SONUNCU ŞAHİD

Hadisə
30 avqust 2024
Yanğın yerindən son görüntülər | Nəqliyyatın hərəkətindəki məhdudiyyət aradan qaldırıldı

Yanğın yerindən son görüntülər | Nəqliyyatın hərəkətindəki məhdudiyyət aradan qaldırıldı

Hadisə
30 avqust 2024
Göygöldə kütləvi zəhərlənmə | 10 yaşlı uşaq vəfat etdi

Göygöldə kütləvi zəhərlənmə | 10 yaşlı uşaq vəfat etdi

Hadisə
30 avqust 2024
Ayının ahıl kişiyə hücumunun detalları | Yaralının son vəziyyəti açıqlandı

Ayının ahıl kişiyə hücumunun detalları | Yaralının son vəziyyəti açıqlandı

Hadisə
30 avqust 2024
Gördüm ki, partladı, dişlərimiz də yandı | Ailə yaşadıqları dəhşəti danışdı

Gördüm ki, partladı, dişlərimiz də yandı | Ailə yaşadıqları dəhşəti danışdı

Hadisə
30 avqust 2024
Seçilmişlər
icon