Hadisə
Pleyeri seçin:

Keçmiş məhkum fəhləni qətlə yetirdi | Bakıda dəhşətli cinayətin detalları

05 iyun 2024

Bakının Sabunçu rayonunda tanışını qətlə yetirməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Şərur rayon sakini Adil Əsgərovun məhkəmə prosesi başa çatıb.

İttiham aktına əsasən, o, münaqişə zamanı 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovu öldürüb. Hadisə 2023-cü il oktyabrın 25-də baş verib.

İstintaqla müəyyən olunub ki, Adil Əsgərovla Firdovsi Nəcəfov arasında mübahisə yaranıb. Ünvanına işlədilən nalayiq ifadədən hiddətlənən Adil yerdən götürdüyü dəmir parçası ilə Firdovsinin başına bir neçə zərbə endirərək onu həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Adil Əsgərov isə bildirib ki, Zabrat qəsəbəsində fəhlə kimi çalışırmış. Oktyabrın 25-i axşam saatlarında acdığı üçün qutab satılan köşkə yaxınlaşıb. Onunla birgə fəhlə yoldaşı Firdovsi Nəcəfov da gəlib. Bu zaman Firdovsinin etdiyi kiçik atmaca səbəbindən aralarında mübahisə yaranıb. Adilin sərt reaksiyasını görən Firdovsi onu söyüb. Özündən çıxan Adil isə yerdən dəmir parçası götürərək arxadan Firdovsiyə yaxınlaşıb və onu vuraraq yerə yıxıb. Daha sonra təpiklə ona iki zərbə də endirib. Məhkəmə prosesində Adil Əsgərov ittiham aktı üzrə özünü qismən təqsirli bilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adil Əsgərov 19 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Adil Əsgərov bundan əvvəl 2014-cü ildə Cinayət Məcəlləsinin 149-cu – zorlama maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə isə 1 il 3 ay əvvəl şərti, vaxtından əvvəl azadlığa çıxıb.

Kürdəmirdə zəncirvari yol qəzası | Ana və oğul xəsarət aldı

Kürdəmirdə zəncirvari yol qəzası | Ana və oğul xəsarət aldı

Hadisə
25 iyul 2024
İmişlidə ağır qəza | Xəsarətalanlar var

İmişlidə ağır qəza | Xəsarətalanlar var

Hadisə
25 iyul 2024
Abşeronda kanalda batan yeniyetmənin meyiti tapıldı

Abşeronda kanalda batan yeniyetmənin meyiti tapıldı

Hadisə
25 iyul 2024
Gəncədə dəhşətli hadisə: Minik maşını qazılan xəndəyə düşdü

Gəncədə dəhşətli hadisə: Minik maşını qazılan xəndəyə düşdü

Hadisə
25 iyul 2024
Hərbi hissə komandiri nədə ittiham olunur? | İstintaq davam edir

Hərbi hissə komandiri nədə ittiham olunur? | İstintaq davam edir

Hadisə
24 iyul 2024
Yeniyetmə kanalda batdı | Hadisə yerindən görüntülər

Yeniyetmə kanalda batdı | Hadisə yerindən görüntülər

Hadisə
24 iyul 2024
“Kürd Amo”nun ölümü ilə bağlı bəzi məqamlar üzə çıxdı | Baş Prokurorluq məlumat yaydı

“Kürd Amo”nun ölümü ilə bağlı bəzi məqamlar üzə çıxdı | Baş Prokurorluq məlumat yaydı

Hadisə
24 iyul 2024
Xalam oğlu öldü, günlər sonra bildik ki... | Lənkəranda dəhşətli hadisə

Xalam oğlu öldü, günlər sonra bildik ki... | Lənkəranda dəhşətli hadisə

Hadisə
24 iyul 2024
İrandan narkotik daşıyanların planı pozuldu | Əməliyyatın anbaan görüntüləri

İrandan narkotik daşıyanların planı pozuldu | Əməliyyatın anbaan görüntüləri

Hadisə
24 iyul 2024
Ayaqları yerdə idi, çabalayıb ki, çıxsın... | Qarajda görüşən kişi və qadının faciəvi sonu

Ayaqları yerdə idi, çabalayıb ki, çıxsın... | Qarajda görüşən kişi və qadının faciəvi sonu

Hadisə
24 iyul 2024
Seçilmişlər
icon