Hadisə
Pleyeri seçin:

Sahibkarların milyonlarla manatını mənimsəyən şəxs hakim qarşısında

07 iyun 2024

Bakıda vətəndaşlara qarşı milyonlarla manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qənbərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri – Şaiq Mirzəyev və Rəşad Abdıyev məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi ilə bağlı vəsatət qaldıraraq bildiriblər ki, Cahangir Qənbərovun göndərdiyi bütün pullar banklar vasitəsilə köçürmə yolu ilə olub.

Vəkillər fərdi sahibkar olan və işdə əsas zərərçəkmiş kimi tanınan Əhməd Mütəllimovun külli miqdarda milli valyutanın qanunsuz ölkədən çıxarılmasında birbaşa vasitəçi olduğunu vurğulayaraq buna görə də Cahangir Qənbərovun özünün zərərçəkən kimi tanınması ilə bağlı da məhkəməyə vəsatət təqdim ediblər.

Məhkəmə qısa müşavirədən sonra təqsirləndirilən şəxsin vəkillərinin vəsatətlərini əsassız hesab edərək təmin etməyib.

Daha sonra prokuror Ziya Mansurov ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ona qarşı elan edilən ittihamla özünü təqsirli bilməyib.

Qeyd edək ki, ittihamda bildirilir ki, Cahangir Qənbərov müxtəlif vaxtlarda paytaxt sakinləri, fərdi sahibkarlıqla məşğul olan Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından sui-istifadə edərək şərti biznes qurmaq adı ilə aldadaraq onların 2 milyon manatadək pulunu mənimsəyib. Bununla yanaşı, təqsirləndirilən şəxsin ümumilikdə 10 milyon manatadək vəsaiti mənimsədiyi iddia olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Naxçıvanda yağışın fəsadları aradan qaldırılır | FHN iş başında

Naxçıvanda yağışın fəsadları aradan qaldırılır | FHN iş başında

Hadisə
31 avqust 2024
Goranboyda yanğın baş verdi | FHN hadisə yerində

Goranboyda yanğın baş verdi | FHN hadisə yerində

Hadisə
31 avqust 2024
Sumqayıtda dəhşətli hadisə | 18 yaşlı oğlan niyə bıçaqlandı?

Sumqayıtda dəhşətli hadisə | 18 yaşlı oğlan niyə bıçaqlandı?

Hadisə
31 avqust 2024
Göygöldəki kütləvi zəhərlənmənin təfərrüatı məlum oldu

Göygöldəki kütləvi zəhərlənmənin təfərrüatı məlum oldu

Hadisə
31 avqust 2024
Həbs edilən zabit kimdir və nədə ittiham olunur? | Hərbi Prokurorluqdan açıqlama

Həbs edilən zabit kimdir və nədə ittiham olunur? | Hərbi Prokurorluqdan açıqlama

Hadisə
30 avqust 2024
Narkoman kişi əmi dediyi adama görə arvadının qatili oldu - SONUNCU ŞAHİD

Narkoman kişi əmi dediyi adama görə arvadının qatili oldu - SONUNCU ŞAHİD

Hadisə
30 avqust 2024
Yanğın yerindən son görüntülər | Nəqliyyatın hərəkətindəki məhdudiyyət aradan qaldırıldı

Yanğın yerindən son görüntülər | Nəqliyyatın hərəkətindəki məhdudiyyət aradan qaldırıldı

Hadisə
30 avqust 2024
Göygöldə kütləvi zəhərlənmə | 10 yaşlı uşaq vəfat etdi

Göygöldə kütləvi zəhərlənmə | 10 yaşlı uşaq vəfat etdi

Hadisə
30 avqust 2024
Ayının ahıl kişiyə hücumunun detalları | Yaralının son vəziyyəti açıqlandı

Ayının ahıl kişiyə hücumunun detalları | Yaralının son vəziyyəti açıqlandı

Hadisə
30 avqust 2024
Gördüm ki, partladı, dişlərimiz də yandı | Ailə yaşadıqları dəhşəti danışdı

Gördüm ki, partladı, dişlərimiz də yandı | Ailə yaşadıqları dəhşəti danışdı

Hadisə
30 avqust 2024
Seçilmişlər
icon