Sumqayıtda baş verən yanğın söndürüldü
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Sumqayıt şəhərinin 2-ci mikrorayonu, Nəriman Nərimanov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğın barədə məlumat daxil olub. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb edilib. Yanğın binanın dördüncü mərtəbəsindəki ikiotaqlı mənzildə qeydə alınıb. Təcili və peşəkar müdaxilə sayəsində alovun digər mənzillərə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı beşinci mərtəbənin eyvanında köməksiz vəziyyətdə qalmış bir uşaq və iki qadın xüsusi texnika – avtonərdivan vasitəsilə təhlükəsiz şəkildə xilas edilib. Yanğın mənzilin 13 kvadratmetr sahəsinə ziyan vurub, lakin faciənin qarşısı alınıb.
#Sumqayıt teqi istifadə olunub
- Minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verdi - Baku TV
- Sumqayıtda qəza baş verdi | İdarəetməni itirən sürücü yuyucu məntəqəsinə girdi - Baku TV
- Bu sexdə çoxsaylı nöqsanlar aşkarlandı
- Sumqayıt sakinləri evlərinə niyə köçə bilmirlər? - Baku TV
- Çin vətəndaşları Bakıda villadan oğurluq etdilər
