Çempionlar liqasında 1/8 final mərhələsinə start verilir
Bu gün UEFA Çempionlar liqasında 1/8 final mərhələsinə start veriləcək.
Gecənin matçlarından biri “Kopenhagen”də eyni adlı komanda və yarışın son qalibi “Mançester Siti” arasında olacaq.
“Parken” stadionunda keçiriləcək oyun ərəfəsində “şəhərlilər” əla formadadır. Bütün yarışlarda 13 görüşdür məğlub olmayan “Siti” bu qarşılaşmalardan 12-də qalib gəlib, 1 dəfə isə heç-heçə edib.
Bu gecə baş tutacaq digər matçda Çempionlar liqasını 14 dəfə qazanan “Real Madrid” Almaniyada “Leypsiq”in qonağı olacaq.
La Liqadakı son qarşılaşmasında “Jirona”nı 4-0 hesabı ilə məğlub edərək çempionluq yolunda vacib addım atan “kral klubu” bu görüşə ciddi itkilərlə çıxacaq. “Los merenges”dən David Alaba, Cud Bellingem, Tibo Kurtua, Eder Militao və Antonio Rüdiger zədəli olduqları üçün “Leypsiq”lə oyunda meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, həm “Kopenhagen” – “Mançester Siti”, həm də “Leypsiq” – “Real Madrid” matçı Bakı vaxtı ilə saat 23:55-də başlayacaq.