Pleyeri seçin:

Futbol klubları transfer çalışmalarını davam etdirir

04 iyul 2025 319 baxış

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlamaqda davam edir.

Son transfer xəbərlərini təqdim edirik.

İnsayder Jerar Romero: hazırda Niko Uilyamsın “Barselona”ya transferi qeydiyyat məsələsi həll olunana qədər bağlanmayacaq. Bununla belə, hazırda klubda hər şey sakitdir.

İnsayder Fabritsio Romano: “Napoli” 29 yaşlı kamerunlu yarımmüdafiəçi Andre Zambo Angissa ilə müqaviləni bir il müddətinə uzatmaq variantını aktivləşdirib. Hazırda “Napoli” klubunun afrikalı yarımmüdafiəçi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədər qüvvədə olacaq.

“The Athletic” nəşri: “Real Madrid” qərar verdi ki, bu yay uyğun bir təklif gəlsə, Rodriqonun gedişinə mane olmayacaq, baxmayaraq ki, klub rəsmi olaraq onu saxlamaqda israrlıdır. Bu mərhələdə Rodriqonun ayrılmaq qərarına gəlib-gəlmədiyi bəlli deyil, lakin onun kimi səviyyəli futbolçu ehtiyat oyunçular skamyasında otura bilmədiyi üçün vəziyyət uzunmüddətli perspektivdə dözülməzdir.

Rəsmiləşmiş transfer xəbərləri:

Temmi Abraham "Roma"dan "Beşiktaş"a icarəyə keçib. Futbolçu 2026-cı ilin yayına qədər “Beşiktaş”da olacaq. İstanbul təmsilçisi onu almaq istəsə, 13 milyon avrodan keçməli olacaq. Hələlik komanda İtaliya klubuna 2 milyon avro ödəyib.

23 yaşlı yarımmüdafiəçi Samuele Ricci “Torino”dan “Milan”a keçib. Transfer məbləği 23 milyon avro təşkil edib. Müqavilə 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

Rafa Marin gələn mövsümü “Vilyarreal”da keçirəcək. İspaniya klubu “Napoli”nin müdafiəçisini 2025/2026-cı illər mövsümünün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb. Şərtlərə futbolçunu birdəfəlik almaq imkanı da daxildir.

Neymarın “Santos”la gələcəyi yenidən gündəmdə | Klub rəhbərliyi sükutu pozdu - Baku TV

Neymarın “Santos”la gələcəyi yenidən gündəmdə | Klub rəhbərliyi sükutu pozdu - Baku TV

İdman
06 dekabr 2025 319 baxış
“Arsenal”ın fransalı sabiq baş məşqçisi Arsen Venger mundialın əsas favoritini açıqlayıb - Baku TV

“Arsenal”ın fransalı sabiq baş məşqçisi Arsen Venger mundialın əsas favoritini açıqlayıb - Baku TV

İdman
06 dekabr 2025 319 baxış
Türkiyə DÇ-yə vəsiqə qazanarsa bu komandalara rəqib olacaq - Baku TV

Türkiyə DÇ-yə vəsiqə qazanarsa bu komandalara rəqib olacaq - Baku TV

İdman
06 dekabr 2025 319 baxış
"İdmanda nə baş verir"in daha bir buraxılışı ölkə futboluna həsr olundu | İDMANDA NƏ BAŞ VERİR?

"İdmanda nə baş verir"in daha bir buraxılışı ölkə futboluna həsr olundu | İDMANDA NƏ BAŞ VERİR?

İdman
04 dekabr 2025 319 baxış
FIFA AMK-da iştirak edəcək futbolçular üçün son tarixi uzatdı - Baku TV

FIFA AMK-da iştirak edəcək futbolçular üçün son tarixi uzatdı - Baku TV

İdman
04 dekabr 2025 319 baxış
Erlinq Haaland İngiltərə Premyer Liqasında rekorda imza atdı - Baku TV

Erlinq Haaland İngiltərə Premyer Liqasında rekorda imza atdı - Baku TV

İdman
03 dekabr 2025 319 baxış
“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik gələn ilin yanvarında futbola qayıda bilər - Baku TV

“Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik gələn ilin yanvarında futbola qayıda bilər - Baku TV

İdman
03 dekabr 2025 319 baxış
Türkiyə Superliqasında "Qalatasaray" səfərdə | "Fənərbağça" ilə üz-üzə gəldi - Baku TV

Türkiyə Superliqasında "Qalatasaray" səfərdə | "Fənərbağça" ilə üz-üzə gəldi - Baku TV

İdman
02 dekabr 2025 319 baxış
Türkiyə derbisində iki önəmli klub qarşılaşdı

Türkiyə derbisində iki önəmli klub qarşılaşdı

İdman
02 dekabr 2025 319 baxış
"Fənərbağça" son dəqiqədə məğlubiyyətdən xilas oldu

"Fənərbağça" son dəqiqədə məğlubiyyətdən xilas oldu

İdman
02 dekabr 2025 319 baxış
Seçilmişlər
icon