İdman
Pleyeri seçin:
“Qarabağ” klubu Avropa Liqasında mübarizəyə start verir
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasında mübarizəyə start verir.
“Köhlən atlar” sentyabrın 26-sı saat 23:00-da Liqa mərhələsinin I turu çərçivəsində İngiltərə nəhəngi “Tottenhem”in qonağı olacaq.
Vacib oyuna hər iki komanda bəzi itkilərlə çıxacaq. Meydan sahiblərinin heyətində Vilson Odobert və Rişarlison zədə səbəbindən görüşü buraxacaqlar. Təmsilçimizdən isə Marko Veşoviç, Kevin Medina, Şahruddin Məhəmmədəliyev və Amin Ramazanov eyni səbəbdən meydana çıxmayacaqlar.
Londona yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandıran baş məşqçi Qurban Qurbanov “mahmızlar”la matça hazırlığı yaxşı dəyərləndirilib. O, komandasının bu cür kollektivlərə qarşı oyunlarda böyük təcrübə qazandığını bildirib.
Kopyalandı