Ana səhifə İqtisadiyyat Sahibkarlarla görüş keçirilib, problemlər dinlənilib
Ölçünü dəyiş

Sahibkarlarla görüş keçirilib, problemlər dinlənilib

İqtisadiyyat
12 Noyabr 2019, 06:34
36 görüntü
0
Paylaş:

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəmkirdə sahibkalarla görüşüb. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Faiq Abbasov da iştirak ediblər.

Əsasən istixana sahiblərinin iştirak eydiyi tədbirdə sahibkarların üzləşdikləri çətinliklər, onların həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə iş adamlarının vuruladığı məsələlər geniş şəkildə təhlil edilib. Hər ay görüşlərin təşkili və əldə olunan nəticələrin nəzərdən keçirilməsi qərara alınıb.

Hazırda “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinin xidmət sahəsinə daxil olan 132 böyük istixana qazla təmin olunur. Onlardan təkcə 111-i Şəmkir rayonunun payına düşür.

Görüşdə çıxış edən sahibkarlar əsasən, istixanalara verilən qazın hər kub metrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və digər bu kimi məslələrlə bağlı fikirlərini bildiriblər.

Görüş zamanı həmçinin, borclu sahibkarların məhkəmə məsələsinə də toxunulub. İlkin qərar olaraq bildirilib ki, proses mərhələli şəkildə öz həllini tapacaq. Gələcəkdə isə bu kimi halların məhkəmə predmeti olmaması istiqamətində çıxış yolları axtarılacaq.

Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyət dairəsinə aid olmayan məsələlərin də aidiyyatı qrumların diqqətinə çatıdırılması qeyd olunub. Bildirilib ki, qurum yalnız keyfiyyətli və texnoloji rejimə uyğun təbii qaz təchizatı həyata keçirir.

Şərhlər