SOCAR bu şirkətdən pay alır | Bakıda imzalanan vacib sazişin detalları
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" şirkətinin məxsus olduğu "MIP S.p.A" şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb.
Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb. Müqavilə SOCAR-ın Avropanın enerji bazarındakı mövqeyini gücləndirəcək.
Bundan başqa, I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "EelElectric" MMC ilə elektrik mühəndisliyi və energetika sahəsində ixtisaslaşmış İsveç-İsveçrə transmilli korporasiyası "ABB Group"un Türkiyə nümayəndəliyi arasında Modul Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb.
Sənədi "EelElectric"in direktoru Vüsal Mirzəyev və "ABB Group Türkey"in ölkə meneceri Mahmud Rzayev imzalayıb. Layihə elektrik infrastrukturu sahəsində texnoloji inkişafı dəstəkləyəcək.
#SOCAR teqi istifadə olunub
- Kibertəhlükəsizlik sahəsində hansı işlər görülür? | Nazir müavinindən açıqlama - Baku TV
- İstiqraz sahiblərinə edilən ödənişin miqdarı açıqlandı - Baku TV
- Daşkənddə SOCAR və "Uzbekneftegaz"ın birgə layihəsinin başlanması mərasimi keçirildi - Baku TV
- Daşkənd şəhərində "Üstyurt" Əməliyyat Şirkətinin ofisi açıldı - Baku TV
- SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək | Detallar açıqlandı - Baku TV
