Pleyeri seçin:

Zəngəzur koridorunun işə düşməsi hansı imkanları yaradacaq?

22 sentyabr 2025 259 baxış

“Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 % səviyyəsində qorunub”.

Bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı qeyd edib ki, iqtisadiyyatın davamlı inkişafı əhalinin rifahını yüksəldib və ölkənin maliyyə gücünü artırıb:

“2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artmış, dövlətin xarici borcunun ümumi daxili məhsula nisbəti isə 6,5 %-ə düşərək dünya üzrə ən aşağı göstəricilərdən birinə çevrilib”.

Prezident bildirib ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəni regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir:

“Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir.

Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir.

Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir”.

"Microsoft"un "SOCAR Hackathon 2025"də iştirakı hansı müsbət təsirləri göstərəcək? - Baku TV

"Microsoft"un "SOCAR Hackathon 2025"də iştirakı hansı müsbət təsirləri göstərəcək? - Baku TV

İqtisadiyyat
08 dekabr 2025 259 baxış
Özəl sektorun iqtisadiyyatda payı nə qədərdir? -  “Son 6 ildə...” - Baku TV

Özəl sektorun iqtisadiyyatda payı nə qədərdir? - “Son 6 ildə...” - Baku TV

İqtisadiyyat
08 dekabr 2025 259 baxış
BP rəsmisi azad olunan ərazilərdə gördükləri işlərdən danışdı - Baku TV

BP rəsmisi azad olunan ərazilərdə gördükləri işlərdən danışdı - Baku TV

İqtisadiyyat
08 dekabr 2025 259 baxış
DGK sədri gömrük dəyərinin qiymətləndirilmə prosesini açıqladı

DGK sədri gömrük dəyərinin qiymətləndirilmə prosesini açıqladı

İqtisadiyyat
08 dekabr 2025 259 baxış
DGK tərəfindən büdcəyə nə qədər vəsait köçürülüb?

DGK tərəfindən büdcəyə nə qədər vəsait köçürülüb?

İqtisadiyyat
08 dekabr 2025 259 baxış
Daşkənddə SOCAR və "Uzbekneftegaz"ın birgə layihəsinin başlanması mərasimi keçirildi - Baku TV

Daşkənddə SOCAR və "Uzbekneftegaz"ın birgə layihəsinin başlanması mərasimi keçirildi - Baku TV

İqtisadiyyat
06 dekabr 2025 259 baxış
Daşkənd şəhərində "Üstyurt" Əməliyyat Şirkətinin ofisi açıldı - Baku TV

Daşkənd şəhərində "Üstyurt" Əməliyyat Şirkətinin ofisi açıldı - Baku TV

İqtisadiyyat
05 dekabr 2025 259 baxış
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək | Detallar açıqlandı - Baku TV

SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək | Detallar açıqlandı - Baku TV

İqtisadiyyat
05 dekabr 2025 259 baxış
Mürəkkəb quyuların qazılması üçün ilk dəfə "MudLink" texnologiyasından istifadə ediləcək - Baku TV

Mürəkkəb quyuların qazılması üçün ilk dəfə "MudLink" texnologiyasından istifadə ediləcək - Baku TV

İqtisadiyyat
05 dekabr 2025 259 baxış
Fiziki şəxslərin xaricdən əldə etdikləri gəlirlərə güzəşt - Baku TV

Fiziki şəxslərin xaricdən əldə etdikləri gəlirlərə güzəşt - Baku TV

İqtisadiyyat
04 dekabr 2025 259 baxış
Seçilmişlər
icon