Ana səhifə Kriminal Gəncədə torpaq davası: ov tüfəngi ilə qonşusunu öldürdü
Ölçünü dəyiş

Gəncədə torpaq davası: ov tüfəngi ilə qonşusunu öldürdü

Kriminal
12 Oktyabr 2019, 03:26
998 görüntü
0
Paylaş:
Gəncə şəhərində qətl hadisəsi baş verib.
 
Hadisə “Dəmiryolu ərazisi” adlanan yerdə qeydə alınıb.
 
Şəhər sakini 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimov qonşusu Akif İsrafilovla mübahisə edib.
 
Nəticədə, Akif İsrafilov ov tüfəngi ilə qonşusuna atəş açıb. Zeynalabdin Kərimov aldığı xəsarətlərdən hadisə yerində keçinib.
 
Polis hadisəni törədən Akif İsrafolovu saxlayıb. Məlumata görə, hadisə torpaq məsələsinə görə baş verib.
 
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Şərhlər