Ana səhifə Kriminal Şəmkirdə 3 nəfərdən ibarət oğru dəstə saxlanılıb
Ölçünü dəyiş

Şəmkirdə 3 nəfərdən ibarət oğru dəstə saxlanılıb

Kriminal
07 Dekabr 2019, 06:23
7,217 görüntü
0
Paylaş:

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları növbəti cinayət əməlinin üstünü açıblar.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov, 31 yaşlı Fərid Torkiyev və Bakı şəhər sakini 49 yaşlı Elba Əhmədov saxlanılıb.

Araşdırmalar zamanı müəyən edilib ki, Babək Sadıqov və Fərid Torkiyev müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlara qanunsuz daxil olaraq, oradan xeyli miqdarda qızıl-zinət əşyları və nəğd pul oğurlayıblar.

Daha sonra həmin şəxslər oğurluq yolla əldə etdikləri qızıl-zinət əşyalarını Gəncə və Bakı şəhərlərində Elba Əhmədov vasitəsilə satıblar.

Araşdırmalar zamanı həmçinin dəstə üzvlərinin Şəmkirlə yanaşı, ətraf rayonlardada analoji cinaytələr törətdikləri müəyən edilib. Onlar əsasən bağlı qapıları hədəf seçib və bu minvalla oğurluq etdiklərini bildiriblər.

Saxlanılan hər üç şəxs əməlini etiraf edib. Onlar ifadələrində qarət etdikləri ünvanları əvvəlcədən seçdiklərini deyiblər. Oğurluq yolla əldə edilən vəsait isə kef məclislərinə xərclənib.

Saxlanılan hər üç şəxs barəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Şərhlər