Binəqədidə piyadanı maşın vurub

Kriminal
03 Apr 2019, 04:49
3,040

Gecə paytaxtın Binəqədi rayonu Baksol yolu adlanan ərazidə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Məhərrəmov Vüsal Nurəli oğlu yaralanıb. O, 1 saylı Mərkəzi Xəstəxanaya çatdırılıb. Vüsal Məhərrəmova sağ baldırın sınması diaqnozu qoyulub.

Qəzanı kimin törətdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ