Ana səhifə Kriminal Əmircanda qəzada 2 nəfər yaralanıb
Ölçünü dəyiş

Əmircanda qəzada 2 nəfər yaralanıb

Kriminal
04 Aprel 2019, 05:19
2,095 görüntü
0
Paylaş:

Axşam saatlarında paytaxtın Suraxanı rayonu Əmircan kəndi ərazisində yol qəzası baş verib.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qəfildən idarəetmənin itirərək nəqliyyat vasitəsini yol kənarındakı maneəyə vurub. Hadisə nəticəsində avtomobildə olan 34 yaşlı Fərzəliyev Eldəniz Ədail oğlu və 23 yaşlı Əliyev İsmayıl İlqar oğlu yaralanıb.

Hər iki yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər