Ana səhifə Kriminal Maşının şüşəsini sındırıb çanta oğurladılar
Ölçünü dəyiş

Maşının şüşəsini sındırıb çanta oğurladılar

Kriminal
05 Aprel 2019, 06:08
6,082 görüntü
0
Paylaş:

Bakının Yasamal rayonunda avtomobildən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Rayonun Mirəli Seyidov küçəsində naməlum şəxs və ya şəxslər Məmmədova Səidə Rəşid qızına məxsus “Subaru” markalı avtomobili qarət edib.

Oğrular avtomobilin sol arxa şüşəsini sındıraraq içərisində xeyli miqdarda pul, qızıl-zinət əşyaları, və sənədlər olan çantanı oğurlayıblar.

Səidə Məmmədova oğurluq hadisəsindən bir müddət əvvəl ərazidə üzlərində maska olan naməlum şəxslərin dolaşdığını deyir. Zərərçəkmiş eyni zamanda, bu cür oğurluq hadisələrinin son zamanlar çoxaldığını bildirir.

Səidə Məmmədova hadisə barədə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər