Qardaş 2 bacısını bıçaqladı - Biri öldü, digəri yaralandı

Kriminal
16 Apr 2019, 05:28
21.8k

Gecə Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.

Hadisə Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində qeydə alınıb. Ailə münaqişəsi zəmnində 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu bacıları 1964-cü il təvəllüdlü Əlimanova Səadət və 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına çoxsaylı bədən xəsarətləri yetirib. Səadət Əlimanova aldığı xəsarətdən dünyasını dəyişib.

Digər yaralı Əlimanova Məlahət Şirbala qızı isə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif nahiyələrində dərinə nüfuz edən çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Muxtar Əlimanov bundan əvvəl də məhkum edilib.

Əlavə edək ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində çəkiliş aparan əməkdaşlarımıza peşə fəaliyyətini tam icra etməyə mane olmağa çalışıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ