Keçmiş arvadının ərini və qaynatasını bıçaqladı

Kriminal
16 Apr 2019, 05:58
6,922

Bakının Nizami rayonunda qısqanclıq zəminində bıçaqlanma hadisəsi baş verib.

Hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş keçmiş həyat yoldaşı ilə yeni ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayev ilə əlbəyaxa dava edərək onu bıçaqlayıb.

Daha sonra Mahir Nemətov keçmiş qaynatası 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ