Masallı sakini Bakıda mağazada özünü asdı

Kriminal
18 Apr 2019, 03:26
4,628

Bu gün Bakının Nizami rayonunda intihar hadisəsi baş verib.

Hadisə saat 16:00 radələrində Əlif Hacıyev 19 ünvanında qeydə alınıb. Təxminən, 45-50 yaşlı Masallı rayon sakini Fariz adlı şəxs işlədiyi meyvə-tərəvəz mağazasında özünü asıb.

O, Nizami rayonunda kirayədə yaşayırmış. Mərhumun 1 övladının olduğu bildirilir.

Meyit aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Faktla bağlı Nizami Rayon 25-ci Polis Bölməsində araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ