67 yaşlı kişi 11-ci mərtəbədən yıxılaraq öldü

Kriminal
19 Apr 2019, 04:08
2,937

Axşam saatlarında Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

Rayonun Adil Məmmədov 55 ünvanında yaşayan 1952-ci il təvəllüdlü Abdullayev Faiq 16 mərtəbəli binanın 11-ci mərtəbəsində, yaşadığı mənzilin pəncərəsindən yerə yıxılıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

İlkin məlumata görə, ölən şəxs sərxoş olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ