Birgə yaşadığı şəxs qadını bıçaqlayıb

Kriminal
25 Apr 2019, 04:34
5,472

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. 1978-ci il təvəllüdlü Abdullayeva Firəngiz Heto qızı qeyri-qanuni nikahla yaşadığı Rəşad adlı şəxs tərəfindən kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ