Hövsanda içkili kişi bıçaqlanıb

Kriminal
26 Apr 2019, 05:14
2,908

Gecə saatlarında Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

1979-cu il təvəllüdlü Əliyev Füzuli naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Yaralı hadisə zamanı içkili vəziyyətdə olduğundan onu kimin bıçaqladığı məlum deyil.

Faktla bağlı Suraxanı rayon polis idarəsində araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ