Göygöldə qadın özünü qayalıqdan ataraq intihar edib

Kriminal
27 Apr 2019, 00:42
31

Göygöl rayonunda qadın özünü qayadan ataraq öldürüb.

Hadisə rayonun Topalhəsənli və Şəhriyar kəndləri arasındakı yolda olan qayalıq ərazidə qeydə alınıb.

1989-cu il təvəllüdlü Yusubova Aygün Xaliq qızı özünü qayalıq ərazidən ataraq intihar edib.

Kənd sakinlərinin iddiasına görə, qadın Türkiyədən təzə gəlib.

Sakinlərin bildirdiyinə görə, o, həyat yoldaşından boşanıb. Onun hazırda iki uşağının olduğu bildirilir. Yaşadığı şəxslə birlikdə spirtli içki qəbul etdikdən sonra yaşamaq istəmədiyini deyərək özünü atıb.

Onun dəqiq hansı səbəbdən özünü öldürməsi məlum deyil.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ