Binəqədidə 43 yaşlı kişi bıçaqlanıb

Kriminal
01 May 2019, 04:48
6,648

Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

43 yaşlı Gəray Ağayev Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Bud və qol nahiyəsindən iki bıçaq xəsarəti alan Gəray Ağayev əməliyyat olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Binəqədi rayon polis idarəsində araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ