Bakıda 16 yaşlı yeniyetmə bıçaqlanıb

Kriminal
02 May 2019, 04:07
19

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Zığ kəndində yerləşən Vərəm Dispanserinin yaxınlığında qeydə alınıb. 16 yaşlı Hüseynov Rəhim İlham oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Qarın nahiyəsindən 1 bıçaq zərbəsi alan yaralı dərhal xəstəxanaya çatdırılıb. Rəhim Hüseynov təcili olaraq əməliyyat edilib.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.


Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ