Şəmkir sakini evində güllələndi

Kriminal
03 May 2019, 03:53
6,563

Şəmkir rayonunda 1 nəfərin ölümünə səbəb olan silahlı insident baş verib.

Hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Nazir Quliyev

ŞƏRH YAZ