Bir gecədə 2 nəfər bıçaqlanıb

Kriminal
07 May 2019, 05:25
36

Bakı bir gecədə 2 nəfər bıçaqlanıb.

Hadisələrdən ilki Nizami rayonunda qeydə alınıb. 8-ci kilometr qəsəbəsində baş verən hadisədə 1968-ci il təvəllüdlü Viktoriya Ələkbərova yaşadığı evdə bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

 

Analoji hadisə Səbail rayonunda baş verib. Nəticədə 1988-ci il təvəllüdlü Bayramov Vüqar Tariyel oğlu döş qəfəsindən bir bıçaq yarası alıb.

O dərhal 1 saylı Xəstəxanaya çatdırılaraq əməliyyat olunub. İlkin məlumata görə, Vüqar Bayramov ehtiyatsızlıq səbəbindən bıçaqlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ