Yasamalda 2, Sabunçuda 1 nəfər bıçaqlanıb

Kriminal
08 May 2019, 04:45
5,352

Gecə saatlarında Bakının Yasamal rayonunda 2 müxtəlif ərazidə bıçaqlanma hadisələri baş verib.

Rayonun Zərgər Palanı 87 ünvanında 1995-ci il təvəllüdlü Nəzərov Əbülqasım İlyas oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı təcili olaraq əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilir.

 

Digər hadisə isə rayonun Talıblı küçəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Gülməmmədov İlqar Teyyub oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya aparılıb. Ona sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. İlqar Gülməmmədov təcili olaraq əməliyyat edilib.

Vəziyyəti orta ağır qiymətləndirilir.


Analoji hadisə Sabunçu rayonunda baş verib. Hadisə Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.

1996-cı il təvəllüdlü Rəhimov Anar İbrahim oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Dostu yaralını dərhal xəstəxanaya çatdırıb. Ona sol budun və sol qolun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilir.

Yaralının dostunun dediyinə görə, naməlum şəxslər onların qarşısını kəsərək pul tələb ediblər. Anar Rəhimov və dostunun etiraz etdiyini görən şəxslər onlarla əlbəyaxa dava edərək A.Rəhimova bıçaqla xəsarət yetiriblər.

Hər 3 faktla bağlı Yasamal və Sabunçu rayon polis idarələrində araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ