Bayılda 1 nəfər bıçaqlanıb

Kriminal
14 May 2019, 04:47
7,825

Bakının Səbail rayonu bıçaqlanma hadisəsi baş verib.

Bayıl qəsəbəsində yerləşən polis bölməsinin qarşısında münaqişə yaranıb. Nəticədə, Hüseynov Elşad Dünyamalı oğlu bıçaqlanıb. Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ