Tovuzda yeni doğulmuş körpə ölüb

Kriminal
14 May 2019, 05:05
19

Tovuz rayonunda yeni doğulmuş körpə naməlum səbəbdən ölüb.

Ağstafa rayonunun Düz Qışlaq kənd sakini, 22 yaşlı Asiya Məmmədkərimova doğuş üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qadının qeysəriyyə əməliyyatı vasitəsi ilə oğlu doğulub. Lakin körpə doğuşdan bir müddət sonra xəstəxanada ölüb. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı Tovuz Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Nazir Quliyev

ŞƏRH YAZ