Ana səhifə Kriminal Bakı sakinləri Gədəbəydə aptek soydular
Ölçünü dəyiş

Bakı sakinləri Gədəbəydə aptek soydular

Kriminal
18 May 2019, 05:25
55 görüntü
0
Paylaş:

Mayın 7-si gecə saat 2 radələrində Gədəbəy şəhərində fəaliyyət göstərən apteklərin birində oğurluq olub. Qapını sındırma yolu ilə içəri daxil olan qarətçilər 3 min manat nəğd pul ələ keçiriblər. 

Zərərçəkənin müraciəti əsasında əməliyyat keçirən polis qısa zamanda oğurluğu törədənlərin kimliyini müəyyən edib. Saxlanılanlar Bakı şəhər sakinləri Vadim Səlimov, Simran Şirəliyev, Rəşvin Alıyev və qardaşı 23 yaşlı Rövşən Alıyevdir. 

Araşdırmalar nəticəsində saxlanılanların dəstə üzvlərinin bu ilin mart, aprel və may ayalarında paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində 30-dan çox mənzil və 15-dən artıq ərzaq mağazasını qarət etdikləri də məlum olub. Gədəbəy rayon polis şöbəsinin əməliyyatçıları sözügedən cinayətləri törətməkdə şübhəli bilinən dəstənin digrə üzvlərini də ifşa edib.

Axtarışlar nəticəsində cinayətdə istifadə edilən maska, əlcək, alışqan və digər əşyalar maddi sübüt olaraq götürülüb. Saxlanılan Rövşən Alıyev Bakıdan Gədəbəyə məhz oğurluq məqəsdilə gəldiklərini etiraf edib. O, əvvəlcə Şəmkirdə mağaza qarət etmək istədiklərini sonradan dəstənin başçısı hesab edilən Vadim Səlimovun tövsiyyəsi ilə bu fikirdən daşınıb Gədəbəyə gəldiklərini bildirib. 

Qeyd edilən şəxslərin əməlindən zərər çəkənlərin törətdikləri cinayətləri dəqiq sayı müəyyənləşdirilir.

Şərhlər