Maştağada 38 yaşlı kişi bıçaqlanıb

Kriminal
24 May 2019, 03:20
2,935

Paytaxtın Maştağa kəndində 38 yaşlı kişi bıçaqlanıb.

Hadisə Maştağa-Buzovna yolunda baş verib. 1981-ci il təvəllüdlü Məmmədov İntiqam İnqilab oğlu yaşadığı evin yaxınlığında tanımadığı şəxslə mübahisə edib. Nəticədə, o boynundan bıçaqlanıb.

Boyun nahiyəsinə bir neçə bıçaq zərbəsi alan yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan İ.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ