Ana səhifə Kriminal Bakıda 21 yaşlı qız özünü 3-cü mərtəbədən atıb
Ölçünü dəyiş

Bakıda 21 yaşlı qız özünü 3-cü mərtəbədən atıb

Kriminal
01 İyun 2019, 04:02
58 görüntü
0
Paylaş:

Bakının Nərimanov rayonu, Mirəli Qaşqay 97 ünvanında bədbəxt hadisə baş verib.

21 yaşlı Musayeva Əfsanə Rəşid qızı 3-cü mərtəbədən yıxılaraq ağır kəllə-beyin travması alıb. O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Məlumata görə, Bakı Dövlət Universitetinin III kurs tələbəsi olan Əfsanə Musayeva Şəmkir rayon sakinidir. Bakıda bacısı ilə birgə yaşayır.

Hadisə zamanı Əfsanənin bacısı və rəfiqəsi evdə olub. Onların dediklərinə görə, qonşu otaqda dərs hazırlayarkən qışqırıq səsi gəlib və qızın yıxıldığını görüblər.

İlkin araşdırmalar zamanı Əfsanə Musayevanın özünü 3-cü mərtəbədən atdığı məlum olub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər