Ana səhifə Kriminal 19 yaşlı oğlan zarafata görə bıçaqlanıb
Ölçünü dəyiş

19 yaşlı oğlan zarafata görə bıçaqlanıb

Kriminal
07 İyun 2019, 01:14
6,495 görüntü
0
Paylaş:

Bakıda dost dostunu zarafata görə bıçaqlayıb.

Hadisə Qaradağ rayonunda baş berib. Sahil qəsəbəsində 19 yaşlı Ömər Dadaşov dostu Turalla zarafat edib. Dostlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Tural Ömərə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hadisəni törədən Tural Qaradağ rayon Polis İdarəsinə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

Şərhlər