Binəqədidə ər arvadını bıçaqladı

Kriminal
03 Jul 2019, 04:04
1,996

Gecə saatlarında Bakının müxtəlif rayonlarında üç döyülmə faktı qeydə alınıb.

Hadisələrdən ilki Nərimanov rayonunda, Daş Karxanası adlanan ərazidə baş verib.

1970-ci il təvəllüdlü Mədətov Ovçu İman oğlu naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Ovçu Mədətov 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona sağ gözətrafı toxumaların əzilməsi diaqnozu qoyulub.

Analoji hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən “555 kafe”sinin yaxınlığında qeydə alınıb.

1988-ci il təvəllüdlü İsmayılov Cabir Feyruz oğlu tanımadığı şəxs tərəfindən döyülüb. Üzündən xəsarət alan yaralı xəstəxanaya aparılıb. Ona üzün yumşaq toxumalarının əziyi, çənənin sınığı diaqnozu qoyulub.

Digər fakt isə Xətai rayonunda baş verib. 15 yaşlı Kərimli Nadir Emil oğlu tanıdığı şəxslə mübahisə edib. Nəticədə o, üz nahiyəsindən xəsarət alıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona sağ gözətrafı toxumaların əziyi diaqnozu qoyulub.

Hər üç faktla bağlı araşdırma aparılır.

 

Kamil Əmirli

Elşad Mətləboğlu

ŞƏRH YAZ