Bakıda 2 nəfər bıçaqlanaraq ağır yaralanıb

Kriminal
20 Jul 2019, 02:53
24
Bakıda 2 nəfər bıçaqlanaraq ağır xəsarət alıb.
 
Hadisələrdən ilki Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.
 
1988-ci il təvəllüdlü Hüseynov Hüseyn Qəhrəman oğlu tanıdığı şəxslə mübahisə edib. Nəticədə o, bıçaqlanıb.
 
Hər iki bud nahiyəsindən 2 bıçaq xəsarəti alan yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiyaya yerləşdirilib. Vəziyyətinin stabil olduğu bildirilir
 
Suraxanı rayon Polis İdarəsinin əməkdaşları isti izlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
 
Analoji hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Sərxan Məmmədov naməlum şəxs və ya şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarəti alıb.
 
Döş qəfəsindən 3 bıçaq yarası alan S.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib.
 
Hər iki faktla bağlı araşdırma aparılır.
 
Kamil Əmirli
 
Elşad Mətləboğlu
ŞƏRH YAZ