Ana səhifə Mobil Reportyor Bakıda avtobus evakuatorla toqquşub, yaralanan var
Ölçünü dəyiş

Bakıda avtobus evakuatorla toqquşub, yaralanan var

Mobil Reportyor
06 Yanvar 2019, 22:20
8,641 görüntü
0
Paylaş:

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında Binəqədi-Fatmayı yolunda olub. 108 nömrəli maşrut xətti ilə hərəkət edən avtobus evakuasiya xidməti göstərən avtomobillə toqquşub. Nəticədə evakuatorun üstündə olan “Qazel” markalı maşın aşıb. Hadisə yerinə polis əməkdaşları və Təcili Tibbi Yardım maşınları gəlib. Hadisə şahidlərinin bildirdiyinə görə, avtobusun sürücüsü xəsarət alıb.

Göndərdi: Fərhad İbrahimov 

Şərhlər