İçərisində 850 manat olan pul qabını itirdi, ərazidən keçən iki nəfər götürdü

Mobil Reportyor
20 Jul 2019, 10:17
30

Bakının Bakıxanov ərazisində yerləşən marketin qarşısında Zaur Malikova məxsus pul qabı maşına əyləşərkən yerə düşüb. Pul qabının düşməsindən xəbərsiz olan sürücü daha sonra avtomobilinə əyləşərək yoluna davam edib. Bundan sonra həmin ərazidən keçən iki nəfər şəxs portmanatı götürərək 24 nömrəli avtobusa miniblər.  Zaur Malikov deyir ki, pul qabında 850 manat məbləğində pul və maaş kartı olub.  Əlaqə nömrəsini bizə göndərən Zaur Malikov (050 313 03 23) həmin şəxslərdən pul qabının geri qaytarılmasını istəyir.

 

ŞƏRH YAZ