Azərbaycan daha bir istəyinə nail olur | Rusiyalı politoloqdan şərh
“Ermənistan hakimiyyətinin Bakının təzyiqi ilə konstitusiyaya dəyişiklik edəcəyi ehtimalı yüksəkdir”.
Bunu rusiyalı politoloq Vitali Arkov deyib.
“Nəzərə alsaq ki, Bakı həqiqətən də son illər öz məqsədlərinə ardıcıl şəkildə nail ola bilib. Bura İkinci Qarabağ müharibəsi nəticəsində ərazilərin qaytarılması, bunun nəticəsində imzalanmış üçtərəfli bəyannamə də daxildir. Bu və Əliyevin öz taktikası ilə ötən ilin sentyabrında Ermənistan qoşunlarının və silahlı birləşmələrinin Qarabağdan çıxarılması, separatçıların özünü buraxmasına nail olması faktdır. Görək Ermənistanın konstitusiyasında, gerbində, himnində dəyişikliklərlə bağlı vəziyyət necə inkişaf edəcək.
Paşinyan sözünün sahibi deyil. Amma Əliyevin məqsədlərinə çatmağa imkan verən rıçaqları var. Qalib ölkə sakitləşə bilərdi, amma Əliyev müdrik, əməli rəhbər kimi başa düşür ki, rahatlaşmaq olmaz, Qarabağın qaytarılması ilə bağlı bütün prosesi sona qədər və hüquqi çərçivədə başa çatdırmaq lazımdır”, – o bildirib.