Siyasət
Pleyeri seçin:

Azərbaycan XİN Mirzoyana cavab verib

26 yanvar 2023

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 24-də Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir.

Bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu 3 istiqamət üzrə danışıqlarda Ermənistanın xoş niyyətlə iştirak etdiyi barədə xarici işlər naziri Mirzoyanın səsələndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi yaxşı məlumdur. Ermənistan tərəfi sülh gündəliyi üzrə təkliflər irəli sürüləndən sonra aylarla müraciətlərə cavab verməməklə yanaşı, prosesin irəliləməsi üçün əməli addımlar atmayıb və müxtəlif bəhanələrlə davamlı olaraq prosesə maneçilik törədib.

Məlumatda deyilir ki, Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməyən sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir.

Biz hazırıq ki... | Macarıstan XİN başçısından delimitasiya barədə açıqlama

Biz hazırıq ki... | Macarıstan XİN başçısından delimitasiya barədə açıqlama

Siyasət
25 aprel 2024
COP29 həm nailiyyət, həm də böyük məsuliyyətdir | Sahil Babayev

COP29 həm nailiyyət, həm də böyük məsuliyyətdir | Sahil Babayev

Siyasət
25 aprel 2024
Sülh müqaviləsi üçün tarixi şans | Paşinyan bunu etməyə borcludur

Sülh müqaviləsi üçün tarixi şans | Paşinyan bunu etməyə borcludur

Siyasət
25 aprel 2024
Hikmət Hacıyev Füzulidən video paylaşdı

Hikmət Hacıyev Füzulidən video paylaşdı

Siyasət
25 aprel 2024
Vardanyana qarşı kifayət qədər sübutlar var | Ukraynalı deputatlardan etiraz

Vardanyana qarşı kifayət qədər sübutlar var | Ukraynalı deputatlardan etiraz

Siyasət
25 aprel 2024
İlham Əliyev Qırğızıstan Prezidentini Füzuli aeroportunda qarşıladı

İlham Əliyev Qırğızıstan Prezidentini Füzuli aeroportunda qarşıladı

Siyasət
25 aprel 2024
İlham Əliyev və Sadır Japarov Füzuli və Ağdama səfər edib

İlham Əliyev və Sadır Japarov Füzuli və Ağdama səfər edib

Siyasət
25 aprel 2024
Naxçıvanın yeni Baş naziri kimdir? - Ali Məclisdən açıqlama

Naxçıvanın yeni Baş naziri kimdir? - Ali Məclisdən açıqlama

Siyasət
25 aprel 2024
CNN-də Bakı və Vardanyana aid qalmaqallı veriliş | Separatçılar milyardlarını işə saldı

CNN-də Bakı və Vardanyana aid qalmaqallı veriliş | Separatçılar milyardlarını işə saldı

Siyasət
25 aprel 2024
İlham Əliyev və Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində

İlham Əliyev və Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində

Siyasət
25 aprel 2024
Seçilmişlər
icon