Siyasət
Pleyeri seçin:
Danışıqlar belə aparılacaq | Erməni nəşrindən Zəngəzur dəhlizi barədə gözlənilməz iddia
Bakı yaxın aylarda Qərbin dəstəyi ilə “Zəngəzur dəhlizi” məsələsində hədəfinə nail olacaq.
Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, dəhliz məsələsi həll edildikdən sonra Bakı və İrəvan arasında əlaqələrin yaradılması üçün ilkin prinsiplər razılaşdırılacaq, bunun əsasında isə sənəd imzalanacaq.
İddiaya görə, Azərbaycan və Ermənistan rəsmiləri sənədi imzalamaq və təməl razılaşma əldə etmək üçün Tbilisdə görüş keçirəcəklər.
Nəşrin məlumatına görə, Bakı heç bir vasitəçi olmadan İrəvanla birbaşa dialoqu davam etdirəcək və bütün razılaşmalar ikitərəfli müzakirələr çərçivəsində olacaq.
Kopyalandı
Seçilmişlər