Siyasət
Pleyeri seçin:

Diplomatlarımız İrandan təxliyə edilir

27 yanvar 2023

“Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumunu şiddətlə qınayırıq. Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn diplomatik korpusun mühafizəsi və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi”.

Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəmizin İrandakı Səfirliyinə qarşı terror hücumu barədə bəyanatında belə deyilir. “İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub. Bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir. Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik”, - deyə bəyanatda bildirilib.

Azərbaycan İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edib. Bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycan günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək.

Baş vermiş terror hücumu nəticəsində yaranan vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bakıda Türk Dövlətləri arasında vacib iclas

Bakıda Türk Dövlətləri arasında vacib iclas

Siyasət
25 aprel 2024
İlham Əliyev və Sadır Japarovun Füzuliyə səfərindən görüntülər

İlham Əliyev və Sadır Japarovun Füzuliyə səfərindən görüntülər

Siyasət
25 aprel 2024
Biz hazırıq ki... | Macarıstan XİN başçısından delimitasiya barədə açıqlama

Biz hazırıq ki... | Macarıstan XİN başçısından delimitasiya barədə açıqlama

Siyasət
25 aprel 2024
COP29 həm nailiyyət, həm də böyük məsuliyyətdir | Sahil Babayev

COP29 həm nailiyyət, həm də böyük məsuliyyətdir | Sahil Babayev

Siyasət
25 aprel 2024
Sülh müqaviləsi üçün tarixi şans | Paşinyan bunu etməyə borcludur

Sülh müqaviləsi üçün tarixi şans | Paşinyan bunu etməyə borcludur

Siyasət
25 aprel 2024
Hikmət Hacıyev Füzulidən video paylaşdı

Hikmət Hacıyev Füzulidən video paylaşdı

Siyasət
25 aprel 2024
Vardanyana qarşı kifayət qədər sübutlar var | Ukraynalı deputatlardan etiraz

Vardanyana qarşı kifayət qədər sübutlar var | Ukraynalı deputatlardan etiraz

Siyasət
25 aprel 2024
İlham Əliyev Qırğızıstan Prezidentini Füzuli aeroportunda qarşıladı

İlham Əliyev Qırğızıstan Prezidentini Füzuli aeroportunda qarşıladı

Siyasət
25 aprel 2024
İlham Əliyev və Sadır Japarov Füzuli və Ağdama səfər edib

İlham Əliyev və Sadır Japarov Füzuli və Ağdama səfər edib

Siyasət
25 aprel 2024
Naxçıvanın yeni Baş naziri kimdir? - Ali Məclisdən açıqlama

Naxçıvanın yeni Baş naziri kimdir? - Ali Məclisdən açıqlama

Siyasət
25 aprel 2024
Seçilmişlər
icon