Pleyeri seçin:

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

28 oktyabr 2025 173 baxış

“Qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə sizi və sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram”.

Bu barədə Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda deyilir.

“Sizin həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırıb. Biz qardaş ölkənin hər bir uğuruna sevinir və bundan fərəhlənirik.

Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir. Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir.

Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş və zamanın sınağından çıxmış qardaşlıq münasibətlərimizin və səmərəli əməkdaşlığımızın xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”, – Prezident İlham Əliyevin məktubunda qeyd olunur. 

Qazaxıstandan məlumat | AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri...

Qazaxıstandan məlumat | AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri...

Siyasət
09 dekabr 2025 173 baxış
Kinorejissordan türk dünyasına çağırış: "Bu problemləri bizim yerimizə başqası həll etməyəcək"

Kinorejissordan türk dünyasına çağırış: "Bu problemləri bizim yerimizə başqası həll etməyəcək"

Siyasət
09 dekabr 2025 173 baxış
Prezidentin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri

Prezidentin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri

Siyasət
09 dekabr 2025 173 baxış
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşündən görüntülər - Baku TV

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşündən görüntülər - Baku TV

Siyasət
09 dekabr 2025 173 baxış
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub

İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub

Siyasət
09 dekabr 2025 173 baxış
Zelenskidən Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasiyalı açıqlama - Baku TV CANLI

Zelenskidən Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasiyalı açıqlama - Baku TV CANLI

Siyasət
09 dekabr 2025 173 baxış
Ermənistan azərbaycanlıların qayıdışına qarşı dura biləcəkmi? - AKTUAL GÜNDƏM

Ermənistan azərbaycanlıların qayıdışına qarşı dura biləcəkmi? - AKTUAL GÜNDƏM

Siyasət
09 dekabr 2025 173 baxış
“Bu sahənin böyük potensialı var” | Prezident Orta Dəhliz layihəsindən danışdı - Baku TV

“Bu sahənin böyük potensialı var” | Prezident Orta Dəhliz layihəsindən danışdı - Baku TV

Siyasət
09 dekabr 2025 173 baxış
Avropalı liderlər Ukrayna üçün hərəkətə keçdi | Netanyahu siyasətdən gedəcək? - YENİ BİR SƏHƏR

Avropalı liderlər Ukrayna üçün hərəkətə keçdi | Netanyahu siyasətdən gedəcək? - YENİ BİR SƏHƏR

Siyasət
09 dekabr 2025 173 baxış
Azərbaycan Ordusunun arsenalı yeni silahlarla zənginləşdiriləcək - Baku TV

Azərbaycan Ordusunun arsenalı yeni silahlarla zənginləşdiriləcək - Baku TV

Siyasət
09 dekabr 2025 173 baxış
Seçilmişlər
icon