Siyasət
Pleyeri seçin:

İlham Əliyevdən Türkiyəyə başsağlığı | Faciənin qarşısının alınması üçün...

15 iyul 2024

“15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm”.

Bu fikirlər Prezident İlham Əliyevin Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanlandığı məktubda yer alıb.

Bildirilib ki, qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdi Türkiyənin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi.

Prezident İlham Əliyev həmçinin qeyd edib ki, müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı.

“Bu hadisələrlə əlaqədar təsis edilmiş 15 İyul – “Demokratiya və Milli Birlik Günü” mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaq. Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizin böyük faciələrdən xilas edilməsində şəxsən sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olub.

Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi. Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi.

Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, – deyə Prezident İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda bildirib.

ABŞ-nin XİN rəhbərlərinin görüşünü təşkil etməkdə məqsədi

ABŞ-nin XİN rəhbərlərinin görüşünü təşkil etməkdə məqsədi

Siyasət
26 sentyabr 2024
İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi | "Şəhidlərimizə ehtiramla"

İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi | "Şəhidlərimizə ehtiramla"

Siyasət
26 sentyabr 2024
Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-də | Tərəflər razılığa gəldi

Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-də | Tərəflər razılığa gəldi

Siyasət
26 sentyabr 2024
Ermənistanda Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Ermənistanda Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
26 sentyabr 2024
Azərbaycan bu sahə üzrə qabaqcıl ölkələr sırasındadır | Prezidentdən önəmli açıqlama

Azərbaycan bu sahə üzrə qabaqcıl ölkələr sırasındadır | Prezidentdən önəmli açıqlama

Siyasət
26 sentyabr 2024
İlham Əliyevdən əməkhaqqı və minimum pensiya artımı ilə bağlı açıqlama

İlham Əliyevdən əməkhaqqı və minimum pensiya artımı ilə bağlı açıqlama

Siyasət
26 sentyabr 2024
Makronun növbəti ikiüzlülüyü | QAİ-dən Fransa Prezidentinin BMT-dəki çıxışına sərt cavab

Makronun növbəti ikiüzlülüyü | QAİ-dən Fransa Prezidentinin BMT-dəki çıxışına sərt cavab

Siyasət
26 sentyabr 2024
İstəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik | Prezident dövlət büdcəsindən danışdı

İstəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik | Prezident dövlət büdcəsindən danışdı

Siyasət
26 sentyabr 2024
Xarici neft şirkətlərinə hansı tələb qoyuldu? | Neft hasilatındakı tənəzzülün səbəbi

Xarici neft şirkətlərinə hansı tələb qoyuldu? | Neft hasilatındakı tənəzzülün səbəbi

Siyasət
26 sentyabr 2024
Bu, çox müsbət göstəricidir | Azərbaycanda qeyri-neft sektoru nə qədər artıb?

Bu, çox müsbət göstəricidir | Azərbaycanda qeyri-neft sektoru nə qədər artıb?

Siyasət
26 sentyabr 2024
Seçilmişlər
icon