İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Söhbət zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.
Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb, enerji, o cümlədən bərpa olunan enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub və bu istiqamətdə perspektiv layihələr müzakirə edilib.
Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün əhəmiyyətinə toxunulub və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edilib.
Sonra Prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanıb. Görüşün sonunda İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim edib.
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib
- Prezident İlham Əliyev BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi - Baku TV
- Donald Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib - Baku TV
- BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərləri Prezidentin qəbulunda - Baku TV
- İlham Əliyev Finlandiya Prezidentini təbrik edib - Baku TV
