İranın narahatlığı İrəvanda bitəcək? | Pezeşkianı İrəvana aparan səbəb
“İran Prezdenti Məsud Pezeşkian Ermənistana səfər edəcək”.
Bunu İranın xarici işlər naziri Abbas Ərağçi bildirib.
“Prezident İraq, Pakistan, Azərbaycan, Qətər və Omana səfər edib, yaxın iki həftə ərzində Ermənistana gedəcək”, – deyə XİN başçısı bildirib.
Ərağçi Pezeşkianın səfər etdiyi ölkələrin adını sadalamaqla əslində bu ölkələrin onların hökumətinin xarici siyasətində mühüm yer tutduğunu göstərmək istəyirdi.
İraq, Pakistan və Azərbaycan İranla həm qonşu, həm də ortaq mədəniyyətə malik ölkələrdir. Qətər İran üçün Körfəzin əsas ölkəsidir. ABŞ və İsrailin İrana hücumu Körfəz ölkələri ilə əməkdaşlığı daha da gücləndirməyə sövq edir. Oman isə ABŞ - İran danışıqlarına ev sahibliyi edən ölkə olaraq Pezeşkian hökuməti üçün mühüm əhəmiyyət kəsb edir.
İran Prezidentinin Ermənistana ziyarətində əsas məsələ, şübhəsiz ki, bu ölkənin son zamanlar Qərblə sıx əməkdaşlıq etməsi və Qərbi regiona gətirmək cəhdləridir. Paşinyan hakimiyyətə gəldikdən sonra ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirən rəsmi İrəvan Rusiya ilə münasibətlərdə soyuqluq nümayiş etdirir.
İran eyni siyasətin özünə qarşı da ola biləcəyindən ehtiyat edir. Suriyanın arxasınca Ermənistanı da itirmək İranı bölgədə olduqca pis vəziyyətə salar. Xüsusilə son zamanlar Ermənistan Qərblə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bu isə İranda ciddi narahatlıq doğurur.
Pezeşkianın səfəri həm də Ermənistana "Qərbdən uzaq dur" mesajı vermək üçün bir vasitədir. İran üçün Ermənistan həm də sərfəli bazardır. Rəsmi Tehran bu ölkəyə daha çox qida və tibb ləvazimatları ixrac etmək niyyətindədir.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- "Ən önəmli məqam..." | Ərağçidən Azərbaycan-İran əlaqələri barədə vacib açıqlama - Baku TV
- Azərbaycan və İran XİN başçılarının birgə mətbuat konfransı - Baku TV CANLI
- Hikmət Hacıyevdən paylaşım | Pokrovsk niyə önəmlidir? | Ukrayna üçün həlledici gün - YENİ BİR SƏHƏR
- İran XİN rəhbərinin Azərbaycana səfəri ilə bağlı vacib məlumat - Baku TV CANLI
- Tehrandan PKK ilə bağlı sərt mesaj
