Siyasət
Pleyeri seçin:

Makronun növbəti ikiüzlülüyü | QAİ-dən Fransa Prezidentinin BMT-dəki çıxışına sərt cavab

26 sentyabr 2024

Qərbi Azərbaycan İcması Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında səsləndirdiyi Azərbaycanın guya Ermənistana “təzyiq” göstərməsi və “ərazi gərginliyi” barədə tamamilə yanlış və qəbuledilməz fikirlərini qətiyyətlə rədd edir.

Bu barədə İcmanın yaydığı bəyanatda deyilir.

Qeyd edilib ki, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən otuz il ərzində işğalına dəstək vermiş, bir milyon azərbaycanlının Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmasına göz yummuş, vaxtilə münaqişənin dinc yolla həlli üçün atılan addımlara qarşı çıxmış Fransa rəhbərinin indi sülhə və beynəlxalq hüquqa istinad etməsi olduqca ikiüzlü bir yanaşmadır:

"Xatırladaq ki, E.Makronun indi ikiüzlülük nümayiş etdirdiyi BMT Baş Assambleyası 2008-ci ildə münaqişənin həllinə xidmət edən müvafiq qətnamənin qəbuluna Fransanın mane olma cəhdlərinə şahidlik edib.

Aydın məsələdir ki, imperialist gündəliyə malik Fransa Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq münaqişəni həll edib, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən narazıdır. Çünki bu onun regionun işlərinə müdaxilə etmək imkanlarını məhdudlaşdırır.

E.Makron bölgədə yenidən münaqişə yaratmaq məqsədilə Ermənistana böyük həcmdə silah göndərir və buna informasiya hazırlığı kimi beynəlxalq platformalarda sanki regionda müəyyən gərginlik olduğu təəssüratı yaratmağa çalışır. Azərbaycana qarşı atdığı böhtanlar da E.Makronun bu məqsədinə xidmət edir.

Biz Fransadan tələb edirik ki, bu dağıdıcı niyyətindən əl çəksin, Ermənistana silah göndərməyi dərhal dayandırsın, regionun işlərinə qarışmasın və sülhə mane olmasın".

Bəyanatda həmçinin İcma Ermənistanı Fransanın oyununda alət olmamağa, genişmiqyaslı silahlanma proqramını dayandırmağa, diqqətini Azərbaycanla sülh əldə etməyə yönəltməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmalarına şərait yaratmağa çağırıb.

ABŞ-nin XİN rəhbərlərinin görüşünü təşkil etməkdə məqsədi

ABŞ-nin XİN rəhbərlərinin görüşünü təşkil etməkdə məqsədi

Siyasət
26 sentyabr 2024
İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi | "Şəhidlərimizə ehtiramla"

İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi | "Şəhidlərimizə ehtiramla"

Siyasət
26 sentyabr 2024
Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-də | Tərəflər razılığa gəldi

Azərbaycan və Ermənistan XİN başçıları ABŞ-də | Tərəflər razılığa gəldi

Siyasət
26 sentyabr 2024
Ermənistanda Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Ermənistanda Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
26 sentyabr 2024
Azərbaycan bu sahə üzrə qabaqcıl ölkələr sırasındadır | Prezidentdən önəmli açıqlama

Azərbaycan bu sahə üzrə qabaqcıl ölkələr sırasındadır | Prezidentdən önəmli açıqlama

Siyasət
26 sentyabr 2024
İlham Əliyevdən əməkhaqqı və minimum pensiya artımı ilə bağlı açıqlama

İlham Əliyevdən əməkhaqqı və minimum pensiya artımı ilə bağlı açıqlama

Siyasət
26 sentyabr 2024
İstəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik | Prezident dövlət büdcəsindən danışdı

İstəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik | Prezident dövlət büdcəsindən danışdı

Siyasət
26 sentyabr 2024
Xarici neft şirkətlərinə hansı tələb qoyuldu? | Neft hasilatındakı tənəzzülün səbəbi

Xarici neft şirkətlərinə hansı tələb qoyuldu? | Neft hasilatındakı tənəzzülün səbəbi

Siyasət
26 sentyabr 2024
Bu, çox müsbət göstəricidir | Azərbaycanda qeyri-neft sektoru nə qədər artıb?

Bu, çox müsbət göstəricidir | Azərbaycanda qeyri-neft sektoru nə qədər artıb?

Siyasət
26 sentyabr 2024
İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirdi

İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirdi

Siyasət
26 sentyabr 2024
Seçilmişlər
icon