Siyasət
Pleyeri seçin:
Paşinyandan sülhlə bağlı mühüm açıqlama
Ermənistan Azərbaycana Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyini deyib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sülh prosesi haqqında danışarkən ölkəsinin İctimai kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var.
“Əgər biz həqiqi sülhə nail olsaq, sülh müqaviləsi imzalasaq, Ermənistan qarşılıqlı prinsip əsasında Azərbaycana qarşı beynəlxalq iddialardan imtina etməyə hazırdır”, – deyə o vurğulayıb.
Paşinyan bəyan edib ki, öz tərəfindən Azərbaycanla sazişin ilin sonunadək imzalanması üçün hər şeyi edəcək.
Kopyalandı
Seçilmişlər