Siyasət
Pleyeri seçin:

Paşinyanın köməyinə Hindistan çatdı | 500 milyonluq dağıdıcı "Akash" artıq İrəvanda - HƏRBİ XRONİKA

23 noyabr 2024 35 baxış

Baku TV-nin “Hərbi xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.

Budəfəki buraxılışda Hindistanın “Akaş” ortamənzilli hava hücumundan müdafiə sisteminin xüsusiyyətlərindən bəhs olunub.

Bildirilib ki, ötən həftənin əvvəlində Ermənistana göndərildiyi məlum olan sistem zinvor ordusu üçün bundan əvvəl alınan eynimənşəli “Svati” radarları və “Pinaka” reaktiv yaylım atəş sistemlərinin ardından “Paşinyan-Modi məhəbbəti”nin 720 milyon dollarlıq yeni “meyvə”si olub.

Yayılan məlumatlarda “Bharat Dynamics Limited” tərəfindən istehsal olunan “Akaş” sisteminin hələlik yalnız dörd batareyasının Ermənistana təhvil verildiyi bildirilib. Müqavilə üzrə Ermənistanın ümumilikdə Dehlidən 15 belə raket sistemi alacağı bəyan edilən xəbərlər arasındadır.

Rəsmi parametrlərinə görə, “Akaş” kompleksi “yer-hava” raketlər sinfinə aid olub, qırıcı təyyarələr, qanadlı və “hava-yer” tipli raketlər, pilotsuz uçuş aparatları və başqa növ hava vasitələrinə qarşı mübarizə üçün nəzərdə tutulub. Sistemin aktiv fəaliyyət məkanı 25 kilometr məsafəni əhatə edir.

Kompleksin bir batareyasına elektron skanerli passiv Racendra radarı, komanda məntəqəsi, təminat maşını və hər biri üç raketli dörd atış qurğusu daxildir. Mobil platformalarda yerləşdirilə bilən sistemin qrup halında və avtonom rejimdə bir neçə hədəfi vura bildiyi və elektron əks-tədbir imkanlarına malik olduğu bildirilir.

“Akaş” raketlərinin çəkisi 650, döyüş başlığı isə 50 kiloqramdır.

Bəs, görəsən, “Akaş”ın həqiqi sahə sınaq göstəriciləri necədir? Kompleksin real döyüş şərtlərindəki göstəriciləri yazılanlara uyğundurmu? 

Rayon rəsmiləri deyirdi ki... | Xalisa sakini ermənilərin törətdiyi əməlləri açıqladı

Rayon rəsmiləri deyirdi ki... | Xalisa sakini ermənilərin törətdiyi əməlləri açıqladı

Siyasət
13 yanvar 2025 35 baxış
Xalisa faciəsinin şahidi yaşadıqları dəhşət barədə hər şeyi danışdı

Xalisa faciəsinin şahidi yaşadıqları dəhşət barədə hər şeyi danışdı

Siyasət
13 yanvar 2025 35 baxış
QAİ rəhbərliyi İrəvana nə vaxt gedə bilər? - Əziz Ələkbərli açıqladı

QAİ rəhbərliyi İrəvana nə vaxt gedə bilər? - Əziz Ələkbərli açıqladı

Siyasət
13 yanvar 2025 35 baxış
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində qarşılanma anı

İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərində qarşılanma anı

Siyasət
13 yanvar 2025 35 baxış
Ermənistanda törədilən cinayətlərin sübutu olan videonu kim üzə çıxardı? - BAKU AKTUAL

Ermənistanda törədilən cinayətlərin sübutu olan videonu kim üzə çıxardı? - BAKU AKTUAL

Siyasət
13 yanvar 2025 35 baxış
Sən Baş nazirsən, yoxsa...? | Paşinyan onu tənqid edən şəxsə görün nələr dedi

Sən Baş nazirsən, yoxsa...? | Paşinyan onu tənqid edən şəxsə görün nələr dedi

Siyasət
13 yanvar 2025 35 baxış
İsraildə yüksək vəzifə tutan bu şəxs Azərbaycana səfir təyin edildi

İsraildə yüksək vəzifə tutan bu şəxs Azərbaycana səfir təyin edildi

Siyasət
13 yanvar 2025 35 baxış
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

Siyasət
13 yanvar 2025 35 baxış
Ermənistanın Azərbaycana qarşı planı ifşa edildi | Sensasiyalı görüntülər

Ermənistanın Azərbaycana qarşı planı ifşa edildi | Sensasiyalı görüntülər

Siyasət
13 yanvar 2025 35 baxış
Paşinyandan tənqidlərə cavab | Yeni virusla bağlı son durum | Sülh barədə yeni açıqlama - SALAM BAKU

Paşinyandan tənqidlərə cavab | Yeni virusla bağlı son durum | Sülh barədə yeni açıqlama - SALAM BAKU

Siyasət
13 yanvar 2025 35 baxış
Seçilmişlər
icon