site.post.choose_player

Putin İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzası ilə bağlı bəzi məqamlara aydınlıq gətirdi

09 oktyabr 2025 site.post.view

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasına hər cür kömək göstərir.

Bunu Rusiya Prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Biz, əlbəttə ki, razılaşdırıldığı kimi, istintaqla tam əməkdaşlığı təmin edirik. İstintaq yekunlaşmaq üzrədir”, – deyə o bildirib.

Rusiya Prezidenti görüşdə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları da açıqlayıb:

“Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın Hava Hücumundan Müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.

Vladimir Putinin sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı. O vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin parçaları dəyib.

Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.

“Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, – deyə Prezident İlham Əliyev bildirib.

Rusiya Prezidenti ölkəsi ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu da qeyd edib.

“Sizin bu məsələyə diqqətiniz sayəsində humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub”, – deyən Rusiya Prezidenti Moskvanın da öz növbəsində bu dinamikanı saxlamaq üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Vladimir Putin Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib.

Rusiya lideri deyib: “Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.

İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı

İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı

Siyasət
16 noyabr 2025 site.post.view
Prezident İlham Əliyev Daşkənddəki İslam Sivilizasiyası Mərkəzindən danışdı

Prezident İlham Əliyev Daşkənddəki İslam Sivilizasiyası Mərkəzindən danışdı

Siyasət
16 noyabr 2025 site.post.view
Azərbaycan-Mərkəzi Asiya platforması ölkəmizə nə vəd edir?

Azərbaycan-Mərkəzi Asiya platforması ölkəmizə nə vəd edir?

Siyasət
16 noyabr 2025 site.post.view
İlham Əliyevdən Daşkənddə Vaşinqton sammiti ilə bağlı mühüm açıqlama

İlham Əliyevdən Daşkənddə Vaşinqton sammiti ilə bağlı mühüm açıqlama

Siyasət
16 noyabr 2025 site.post.view
"İslam Sivilizasiyası Mərkəzi İslam dünyası üçün qürur mənbəyinə çevriləcək" | İlham Əliyev

"İslam Sivilizasiyası Mərkəzi İslam dünyası üçün qürur mənbəyinə çevriləcək" | İlham Əliyev

Siyasət
16 noyabr 2025 site.post.view
Mərkəzi Asiya və Azərbaycan bu gün vahid geosiyasi regiondur | İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan bu gün vahid geosiyasi regiondur | İlham Əliyev

Siyasət
16 noyabr 2025 site.post.view
Mirziyoyevdən Azərbaycanla bağlı önəmli açıqlama - CANLI

Mirziyoyevdən Azərbaycanla bağlı önəmli açıqlama - CANLI

Siyasət
16 noyabr 2025 site.post.view
İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı

İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı

Siyasət
16 noyabr 2025 site.post.view
Mərkəzi Asiya liderlərinin "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü - CANLI

Mərkəzi Asiya liderlərinin "Mərkəzi Asiya+Azərbaycan" formatında 7-ci Məşvərət Görüşü - CANLI

Siyasət
16 noyabr 2025 site.post.view
Azərbaycanın tamhüquqlu iştirakı təsdiqləndi | Mirziyoyevdən açıqlama

Azərbaycanın tamhüquqlu iştirakı təsdiqləndi | Mirziyoyevdən açıqlama

Siyasət
16 noyabr 2025 site.post.view
site.post.chosen_posts
icon