Qazaxıstandakı təlimlərdə ilk dəfə "R-60M" raketlərindən istifadə olunub
Qazaxıstanın Karaqanda vilayətində yerləşən “Sarışaqan” poliqonunda “Döyüş birliyi – 2025” birgə taktiki təlimləri başa çatıb.
Keçirilən manevrlərdə 1500-dən çox hərbçi, 200 ədəd döyüş və xüsusi texnika, eləcə də 30-dan artıq uçuş aparatı iştirak edib. Həmçinin çoxməqsədli “Su-30SM” qırıcıları, “Su-25” hücum təyyarələri və müxtəlif tipli helikopterlər nümayiş olunub.
Aviasiya və hava hücumundan müdafiə qoşunlarının birgə fəaliyyəti zamanı pilotlar şərti düşmənin hava hücumundan müdafiə sisteminin dəf edilməsi, yaxın manevrli hava döyüşü, yerüstü hədəflərin məhv edilməsi və kütləvi hava zərbəsinin dəf olunması üzrə taktiki epizodları məşq ediblər.
Şərti düşmənin radiotexniki bölmələrinə qarşı kəşfiyyat-zərbə dronları, həmçinin ilk dəfə idarəolunan “hava-hava” tipli “R-60M” raketləri uğurla tətbiq olunub.
Bundan əlavə, hava hücumundan müdafiə əməliyyatı zamanı hərbi ali məktəb kursantlarının hazırladıqları dronların imkanları nümayiş etdirilib.
Keçirilmiş sınaqlar raketlərin effektivliyini və dəqiqliyini, həmçinin aviasiya bölmələrinin müasir döyüş şəraitində tapşırıqları yerinə yetirməyə hazırlığını təsdiqləyib.
#Müdafiə Nazirliyi teqi istifadə olunub
- Azərbaycan və Böyük Britaniyanın müdafiə nazirləri görüşüb - Baku TV
- Komando və PUA heyətimizin döyüş hazırlığı yüksək qiymətləndirilib
- Zakir Həsənov ABŞ komandanı ilə görüşdü | Yeni hərbi perspektivlər müzakirə olundu
- Yaşar Gülər Kərim Vəliyevlə "Atəş sərbəst-2025" təlimini izlədi
- Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri bir araya gəldilər
